Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə virtual sərgi təşkil olunub
20.01.2021 13:13
  • A-
  • A
  • A+

Akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə virtual sərgi təşkil olunub

Ölkəmizin tarixi və ictimai fikrinin tədqiqi və təbliğində böyük xidmətləri olan görkəmli şəxsiyyət, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Naxçıvanın yeni dövr tarixşünaslığında özünəməxsus yer tutan, Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbinin tədqiqində xüsusi xidmətləri olan alimdir. Onun tədqiqatlarında Naxçıvan Muxtar Respublikasının tarixi, keçdiyi keşməkəşli inkişaf yolu bütün yönləri ilə əsaslı şəkildə araşdırılıb.

Yanvarın 21-də görkəmli alim, akademik İsmayıl Hacıyevin 70  yaşı tamam olur. Bu münasibətlə Naxçıvan Bölməsinin Elmi Kitabxanası tərəfindən hazırlanan sərgi virtual rejimdə oxuculara təqdim olunub. Virtual sərgidə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, elmi redaktoru, tərtibçisi olduğu kitabları, müxtəlif jurnal və qəzetlərdə dərc olunan məqalələri, həmçinin haqqında yazılan materiallar nümayiş olunur.

“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “Heydər Əliyev siyasəti tarixdə və günümüzdə”, “Naxçıvan tarixinə dair qaynaqlar”, “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində”, “Tarihte ve günümüzde Nahçıvan”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” və s. kitablar sərgidə nümayiş olunan resurslar sırasındadır.

Sərgi ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: