Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “AR orden və medallarının təsis edilməsi haqqında” AR Qanununda dəyişiklik edilməsi barədə
15.01.2015 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “AR orden və medallarının təsis edilməsi haqqında” AR Qanununda dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, №23, maddə 996; 1993,№ 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, №5, maddə 251; 2003,№12, I kitab, maddə 677; 2005,№4, maddə 291; 2006, №10, maddə 846; 2007, №3, maddə 213; 2008, №6, maddələr 452, 472; 2009, №1, maddə 4, №5, maddə 312, №7, maddələr 514, 515, № 12, maddə 974; 2010, №3, maddə 174, №11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, №11, maddələr 1036, 1048, 1061; 2013, №5, maddələr 460, 478, №10, maddə 1143, №12, maddə 1477) 2-ci maddəsində “Azərbaycan Respublikası Mülki Aviasiyanın 75 illiyi (1938-2013)” Azərbaycan Respublikasının yubiley medalı” hissəsindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı.”.

Maddə 2. “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsviri” təsdiq edilsin (əlavə olunur).

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2014-cü il

  • Paylaş: