Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.01.2021 09:55
  • A-
  • A
  • A+

Folklor İnstitutunun alimləri türkiyəli həmkarları tərəfindən elm mükafatına layiq görülüblər

Folklor İnstitutunun alimləri türkiyəli həmkarları tərəfindən elm mükafatına layiq görülüblər

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) səmərəli fəaliyyətlərinə görə, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovu və müəssisənin şöbə müdiri, professor Ramazan Qafarlını 2021-ci ilin elm mükafatı ilə təltif edib.

Mükafatları yanvarın 14-də Folklor İnstitutunda keçirilən görüş zamanı İKSAD-ın Azərbaycan üzrə baş təmsilçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Əlvan Cəfərov təqdim edib. Təqdimat zamanı İKSAD-ın rəhbəri, Dr. Mustafa Latif Emek onlayn bağlantı ilə mükafatçıları salamlayıb və təbriklərini çatdırıb. O, gələcəkdə də iki qurum arasında birgə əməkdaşlığın davamlı olacağına ümid bəslədiyini bildirib.

Qeyd edək ki, institutlar tərəfindən cari ildə Qarabağ, Novruz bayramı, Nizami Gəncəvi, Dədə Qorqud və Bəxtiyar Vahabzadəyə həsr olunan birgə konfransların keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: