Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaşünas alim Kəlbəcərə həsr olunan verilişdə iştirak edib
14.01.2021 13:51
  • A-
  • A
  • A+

Coğrafiyaşünas alim Kəlbəcərə həsr olunan verilişdə iştirak edib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov Mədəniyyət kanalında Kəlbəcərə həsr olunmuş “Körpü” verilişinin qonağı olub.

M.İsmayılov Kəlbəcərin vaxtı ilə coğrafiyaçılar tərəfindən ən çox tədqiq edilən rayonlardan biri olduğunu bildirib. Alim Kəlbəcərin Azərbaycan təbiətində özünəməxsus yeri olduğunu, təbii gözəlliyi, yeraltı, yerüstü sərvətlərinin zənginliyi ilə seçildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, burada olan tarixi-mədəni abidələr, qızıl, civə yataqları, 350 adda  rəngli mineral daşlar, çox sayda mineral və termal sular, flora və fauna, nadir ağaclar, dərman bitkiləri və s. həmişə diqqəti özünə cəlb edib.

Qədim insan məskənləri və onların coğrafi yayılma problemlərinə dair tədqiqatlar apardığını deyən alim geoloji baxımdan Kəlbəcər ərazisinin vulkanizmi ilə məşhur olduğunu söyləyib. O deyib ki, müxtəlif tərkibli vulkanlar nəticəsində burada maraqlı  relyef  formaları yaranıb. Lava axınları nəticəsində çox sayda müxtəlif növ mağaralar əmələ gəlib ki, bu da öz növbəsində qədim insanların məskunlaşması üçün yurd rolunu oynayıb. Kəlbəcərdəki qədim yazılı abidələr burada insan məskənlərinin olmasını bir daha sübut edir.

Çıxışının sonunda alim Kəlbəcərin parlaq gələcəyinə inandığını, onun iqtisadiyyatımızın möhkəmlənməsində, Azərbaycanın hərtərəfli inkişafında əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: