Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Radiasiya Problemləri İnstitutunda magistrantlar imtahan verirlər
11.01.2021 14:39
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda magistrantlar imtahan verirlər

AMEA-nın Radiasiya Problemləri İnstitutunda I və II kurslar üzrə magistrantların 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyasında “Radiasiya materialşünaslığı” ixtisasından onlayn formatda imtahanlarına başlanılıb.

Magistrantlar sessiya ərzində sözügedən ixtisas üzrə ümumilikdə 10 fəndən imtahan verəcəklər. Sessiyanın ilk imtahanı “Fizikanın tarixi və metodologiyası” fənnindən keçirilib.

Növbəti imtahanların fevralın 2-nə qədər keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: