Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Genetik Ehtiyatlar İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb
08.01.2021 13:48
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda təhsil alan magistrantların 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyasına başlanılıb.

“Genetika”, “İnsan genetikası”, “Bitkilərin seleksiyası” və “Bitkilərin mühafizəsi” ixtisasları üzrə II kursda təhsil alan 5 magistrantın , “Bitki biotexnologiyası və molekulyar seleksiya” və “Elmi tədqiqatın metodologiyası” fənnləri üzrə imtahanları keçirilib.

İmtahanlarda sözügedən müəssisədə yaradılmış imtahan komissiyasının üzvləri, fənn müəllimləri, eləcə də AMEA-nın vitse prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova, AMEA-nın Elm və Təhsil İdarəsinin müdiri, i.ü.f.d. Fail Kazımov və Magistratura şöbəsinin müdirinin müavini Ramin Həsənov iştirak edib.

Onlayn formatda təşkil olunan qış imtahan sessiyası fevral ayının 2-dək davam edəcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: