Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutunun magistrantları imtahan verirlər
08.01.2021 10:56
  • A-
  • A
  • A+

Botanika İnstitutunun magistrantları imtahan verirlər

AMEA-nın Botanika İnstitutunda “Botanika”, “Bitki fiziologiyası”, “Mikologiya” və “Ətraf mühitin idarə olunması və bioloji monitorinqi” ixtisasları üzrə I və II kurslarda təhsil alan 11 magistrantın qış imtahan sessiyası keçirilir.

Ölkəmizdə tətbiq olunan karantin rejiminin qaydalarını nəzərə alaraq, imtahanlar “Zoom” platforması vasitəsi ilə təşkil edilir.

Qeyd edək ki, I kursda təhsil alan 5 magistrant üçün 9, II kursda təhsil alan 6 magistrant üçün isə 19 imtahan keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: