Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutunda magistrantların ilk imtahanı keçirilib
08.01.2021 10:17
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunda magistrantların ilk imtahanı keçirilib

AMEA-nın akad. A.Qarayev adına Fiziologiya İnstitutunda “Eksperimental fiziologiyanın metodları” fənnindən magistrantların qış sessiyasının ilk imtahanı keçirilib.

Onlayn baş tutan imtahanda “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə təhsil alan II kurs magistrant Şəms Əmrahova verilən sualları yüksək səviyyədə cavablandırıb.

İmtahan prosesində müəssisənin Ekotoksikologiya laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Xədicə İsmayılovaTəhsil şöbəsinin mütəxəssisi Məlahət Əlizadə də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: