Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu “YAŞAT” Fonduna ianə edib
08.01.2021 10:27
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu “YAŞAT” Fonduna ianə edib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna 1000 manat məbləğində ianə edib.

Qeyd edək ki, cəmiyyətdə cərəyan edən ictimai-sosial proseslərə həmişə həssas yanaşan Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun rəhbərliyi və kollektivi bir müddət öncə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 36 min 450 manat vəsait köçürüb, eləcə də Vətən müharibəsi dövründə cəbhənin müxtəlif istiqamətlərində döyüşən əsgərlərimizə 10 min 500 manat həcmində isti geyim və digər zəruri vasitələr göndərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: