Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.01.2021 15:47
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun əməkdaşı beynəlxalq sertifikata layiq görülüb

Fiziologiya İnstitutunun əməkdaşı beynəlxalq sertifikata layiq görülüb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Şövqi Hüseynov Amerika Birləşmiş Ştatlarının dünyada tibb və biologiya sahəsində son 30 ildə ən yaxşı universiteti olan Johns Hopkins Universitetinin "İntroduction to the Biology of Cancer" (Xərçəngin Biologiyasına Giriş) ay yarımlıq kursunu müvəffəqiyyətlə başa vurmuş və yekun imtahanda yüksək (93,2%) nəticə göstərərək beynəlxalq sertifikata layiq görülüb.

Bu kursda xərçəng proseslərinin etiologiyası (səbəbi), patogenezi (inkişaf mexanizmləri), genetikası, diaqnostik müayinə üsulları, müalicə üsulları və hazırda dünyada aparılan və gələcəkdə alimlərin aparmalı olacağı tədqiqatlar geniş şəkildə yüksək səviyyədə təqdim edilib. Bu kurs nəticəsində qazanılmış biliklərin Fiziologiya İnstitutunda sözügedən istiqamətli tədqiqatlarda istifadə olunması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: