Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geologiya və Geofizika İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb
07.01.2021 15:00
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) təhsil alan I və II kurs magistrantların 2020-2021-ci tədris ili üzrə qış imtahan sessiyası başlayıb.

GGİ -də “Geologiya”, “Geologiya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə I və II kursda təhsil alan 10 magistrant qış imtahan sessiyası ərzində ixtisaslaşma fənləri üzrə sınaqdan keçəcəklər. Sessiyanın ilk günlərində magistrantlar “Yanar faydalı qazıntıların geokimyasına giriş”, “Geostatistika” və ”Mühəndisi geologiya” fənlərindən imtahan veriblər.

İmtahanlar AMEA-nın müxbir üzvü Qərib Calalov, g.-m.e.d. Yusif İsrafilov və digər alimlərin iştirakı ilə keçirilib.

Qeyd edək ki, İnstitutun magistrantları sessiya müddətində “Regional stratiqrafiya”, “Sekvens stratiqrafiyası haqqında anlayış”, “Aerokosmik məlumatların rəqəmsal emalı”, “Geoloji-geofiziki məlumatların statistik emalı” və başqa ixtisaslaşma fənlərindən imtahanlar verəcəklər. Koronavirus epidemiyası ilə bağlı ölkədə tətbiq edilmiş karantin rejiminin tələblərinə uyğun olaraq imtahanlar onlayn  formatda təşkil edilib.

2020-ci il dekabrın 30-dan başlayan imtahan sessiyası cari ilin fevral ayının 1-də sona çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: