Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.01.2021 16:28
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun magistrantları imtahan veriblər

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun magistrantları imtahan veriblər

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təhsil alan magistrantların 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyasına başlanılıb.

İnstitutda “Torpaqşünasılıq” və “Aqrokimya” ixtisasları üzrə II kurs magistrantlar Fəridə Süleymanova və Dəyanət Baxışov “Zoom” platforması vasitəsilə “Azərbaycan Respublikasının torpaqları”, “Meyvəçilikdə bitkilərin qidalanması və gübrələnməsi” fənlərindən imtahan veriblər.

İmtahanda müəssisənin Təhsil şöbəsinin müdiri, c.ü.f.d. dosent Fərrux Xəlilov da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: