Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.01.2021 14:56
  • A-
  • A
  • A+

NKPİ-nin əməkdaşı “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib

NKPİ-nin əməkdaşı “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib

Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Laçının azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Təltif edilmiş hərbçilər arasında AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşı Elmar Məmmədov da var.

Görkəmli alim İsrafil Məmmədovun nəvəsi Elmar Məmmədov könüllü olaraq hərbi xidmətə yollanıb və o, müharibənin ilk günlərindən Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonları uğrunda gedən ağır döyüşlərə qatılaraq torpaqlarımızın düşmən tapdağından azad olunmasında yaxından iştirak edib.

İnstitutun direktoru, akademik Vaqif Abbasov qəhrəman əsgər Elmar Məmmədovla görüşərək ona təşəkkürünü bildirib və iki aylıq əmək haqqı həcmində mükafat verilməsi barədə əmr imzalayıb.

Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevlə və qəhrəman döyüşçülərimizlə fəxr edir, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsini ehtiramla anır, qəhrəman qazilərimizə tezliklə sağalmalarını arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: