Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.12.2020 10:42
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu “YAŞAT” Fonduna ianə köçürüb

Dendrologiya İnstitutu “YAŞAT” Fonduna ianə köçürüb

AMEA-nın Dendrologiya İnstitutu tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna 2912 manat məbləğində vəsait köçürülüb.

Bundan əlavə, müəssisənin Həmkarlar İttifaqı Komitəsinin və AMEA-nın Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər münasibətilə qurumun kollektivinə ərzaq yardımı paylanıb.

Ərzaq yardımını institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: