Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İrəvan qalasındakı bütün tarixi abidələr məhv edilib
28.12.2020 15:30
  • A-
  • A
  • A+

İrəvan qalasındakı bütün tarixi abidələr məhv edilib

1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti olan Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandal münasibət göstərilib, kitabələrin mətni təhrif edilib.

Bu fikirləri AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli deyib.

Onun sözlərinə görə, İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və Sərdar məscidi məhv edilib. İrəvan yaxınlığındakı Qaraqoyunlu tayfalarından biri olan Saadlu türk tayfasının başçısı Əmir Saadın dəfn edildiyi Pir Hüseyn türbəsi “türkmən abidəsi” kimi qələmə verilib.

Bundan əlavə, Ermənistanın Qarakilsə rayonunun Urud kəndində İslam dininə etiqadın göstəricisi olan abidələrin üzərindəki yazılara əlavə hərflər daxil edilərək tarixi kökləri itirilməyə çalışılıb.

N.Səfərli qeyd edib ki, abidələrin üzərindəki Azərbaycan dilində şeirlər, tarixi həqiqətlər ermənilərin dünyaya car çəkdiyi təhrif olunmuş məlumatların əleyhinə olduğu üçün məhv edilir.

"Trend.az"

  • Paylaş: