Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutunun gənc mütəxəssisi beynəlxalq yarışmanın qalibi olub
28.12.2020 12:28
  • A-
  • A
  • A+

Botanika İnstitutunun gənc mütəxəssisi beynəlxalq yarışmanın qalibi olub

AMEA-nın Botanika İnstitutunun gənc mütəxəssisi Aydan Zeynalova “Clarivate Analytics” şirkəti tərəfindən təşkil olunan və “Web of Science” platformasında yerləşən məlumat bazalarından biri olan RSCI-yə (Russian Science Citation Index) dair elmi nəşrlərlə bağlı bilgilərə həsr olunmuş “RSCI Biliciləri” (“Знатоки RSCI”) adlı beynəlxalq yarışmanın 5-ci həftəsində iştirak edib.

Ümumilikdə yarışmada Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ukraynadan 127 nümayəndə mübarizə aparıb və 6 iştirakçı qalib seçilib.

A.Zeynalova 3 ölkə daxilində (Azərbaycan, Belarus və Qazaxıstan) aparılan mübarizədə qalibiyyət qazanıb.

Qeyd edək ki, qaliblərə “Clarivate Analytics” şirkəti tərəfindən mükafatlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: