Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlərin məqaləsi “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub
24.11.2020 16:42
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, aparıcı elmi işçilər Dünya Babanlı, Faiq MəmmədovFizika İnstitutunun laboratoriya müdiri, professor İmaməddin Əmiraslanovun növbəti məqaləsi “Web of Science” bazasında indeksləşən,  İsveçrənin “Springer Nature Switzerland” nəşriyyatının “Russian Journal of Inorganic Chemistry” jurnalında dərc olunub.

Yeni funksional xassəli materialların axtarışı uyğun mürəkkəb sistemlərin tədqiqi, həmin sistemlərdə faza tarazlıqlarının öyrənilməsini zəruri edir. Bu baxımdan məqalə FeSe - Ga2Se3 - In2Se3 sistemindəki faza tarazlığının tədqiqinin nəticələrinin şərhinə həsr olunub. Qeyd olunan sistemin bir sıra politermik kəsiklərinin, izotermik kəsiyinin 1000K-də faza diaqramı, həmçinin likvid səthinin proyeksiyası qurulub, nonvariant və monovariant tarazlıqların tipi və koordinatları təyin edilib. İkili və üçlü (FeGa2Se4, FeIn2Se4) birləşmələr əsasında getiş qatılıqda həllolma sahələrinin olduğu müəyyənləşdirilib. Alınan dəyişən tərkibli fazalar müasir elektrotexnika üçün perspektivli material sayılan yeni maqnit materiallarının hazırlanmasında istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: