Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində eramızdan əvvəl X-IX əsrlərə aid gil küpə qorunur
23.11.2020 13:44
  • A-
  • A
  • A+

Tarix Muzeyində eramızdan əvvəl X-IX əsrlərə aid gil küpə qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda Ağcabədidən tapılmış eramızdan əvvəl X-IX əsrlərə aid tünd boz rəng gil küpə saxlanılır.

Küpənin ağzı boğazdan yuxarı kənara doğru enlənir, gövdəsi isə konusvarı formaya malikdir. Gövdənin çiyin hissəsində üfüqi trapesşəkilli iki qulp yapılıb, qulpların mərkəzində isə dəlik açılıb. Gövdə bir-birinə paralel maili cızıq xətlərlə bəzədilib, oturacağı düzdür. Küpənin xarici səthi cilalıdır, saxlanma vəziyyətinə görə qismən tam olsa da, qulplarının bəzi yerləri sınıb.

Muzeydə qorunan bu küpə arxeologiya tariximizin tədqiqi baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: