Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim ermənilərin Kəlbəcərdəki vəhşiliklərini ərəb dünyasına çatdırıb
18.11.2020 10:27
  • A-
  • A
  • A+

Şərqşünas alim ermənilərin Kəlbəcərdəki vəhşiliklərini ərəb dünyasına çatdırıb

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev BBC Arabicə canlı yayımda növbəti müsahibəsini verib.

Müsahibədə 28 il davam edən işğaldan sonra rəsmən Azərbaycana geri qaytarılan Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmış əhalinin təxliyəsi üçün Ermənistan tərəfinin 10 gün əlavə vaxt istədiyi, Azərbaycan tərəfinin isə humanist dəyərlərə söykənərək bu xahişi qəbul etdiyi qeyd olunub. E.Mustafayev qeyri-qanuni məskunlaşmış ermənilərin Kəlbəcəri tərk edərkən mənzillərə od vurduğunu, ağacları kəsdiyini, qədim Azərbaycan abidələrini dağıtdığını ərəb dünyasına çatdırıb.  Habelə, müsahibədə ermənilərin təxliyəsi bitdikdən sonra Azərbaycanın azərbaycanlı köçkünlərin öz dədə-baba yurdlarına geri dönməsi üçün şərait yaradacağını vurğulayıb.

Şərqşünas alim BBC radiosuna da son hadisələrlə bağlı müsahibə verib. E.Mustafayev öz müsahibəsində ermənilərin Azərbaycan ekologiyasına, həmçinin maddi və mənəvi abidələrinə vurduğu zərərlərdən söz açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: