Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Akif Musayev Çində keçirilən onlayn konfansda məruzə ilə çıxış edib
17.11.2020 12:17
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Akif Musayev Çində keçirilən onlayn konfansda məruzə ilə çıxış edib

Çinin Xiamen şəhərində “Qeyri-səlis sistemlər və Data Mining” (FSDM 2020) mövzusunda VI beynəlxalq konfrans keçirilib.

Qeyri-səlis nəzəriyyə, alqoritm və sistem, qeyri-səlis tətbiq, qeyri-səlis məntiq və “Data mining”in interdissiplinar məsələlərinə həsr olunan konfransda ölkəmizi İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev təmsil edib. O, tədbirdə “İstehsal potensialından asılı olaraq vergi yükünün qeyri-müəyyənlik şəraitində təyin olunma metodologiyası” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, konfrans 2015-ci ildən etibarən hər il Yaponiya, Tailand və Çinin şəhərlərində müxtəlif ölkələrdən alimlərin iştirakı ilə keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: