Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Torpaqşünas alimlər beynəlxalq layihə çərçivəsində keçirilən onlayn görüşdə iştirak ediblər
16.11.2020 15:25
  • A-
  • A
  • A+

Torpaqşünas alimlər beynəlxalq layihə çərçivəsində keçirilən onlayn görüşdə iştirak ediblər

"Qafqaz regionunda meşələrə qlobal baxış platformasının təşviqi" beynəlxalq layihəsi çərçivəsində onlayn görüş keçirilib.

Görüşdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları - c.ü.f.d., dosent Fərrux Xəlilov və b.ü.f.d, dosent Zaman Məmmədov da iştirak ediblər.

Tədbirdə F.Xəlilov "Meşə ekosistemlərində səhralaşma və onun qarşısının alınması", Z.Məmmədov isə "Meşəaltı torpaqların tədqiqi, xəritələşdirilməsi və istifadəsi" mövzusunda  məruzə ilə  çıxış ediblər.

Alimlərin məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzular ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: