Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Beynəlxalq konfransda ölkəmizdə əlyazmaşünaslıq sahəsində görülən işlər barədə məlumat verilib
23.10.2020 11:14
  • A-
  • A
  • A+

Beynəlxalq konfransda ölkəmizdə əlyazmaşünaslıq sahəsində görülən işlər barədə məlumat verilib

Rusiyanın Moskva Dövlət Linqvistik Universitetinin (keçmiş Moris Torez adına Rusiya Dövlət Dillər İnstitutunun) 90 illik yubileyi münasibətilə “Asiya və Afrika ölkələrinin dilləri və mədəniyyətləri” mövzusunda onlayn beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Tədbir çərçivəsində ədəbiyyatşünaslıq, dilçilik, tarixşünaslıq, tərcümə, tərcüməşünaslıq, linqvodidaktika, linqvokulturologiya, linqvo­texnologiyalar, linqvo-ölkəşünaslıq, mədəniyyətşünaslıq və s. istiqamətlərdə müzakirələr aparılıb.

Konfransda Azərbaycan, İsrail, Polşa, Rusiya, Sloveniya, Çexiya, Fransa, Belarus, Cənubi Koreya və başqa ölkələrin elm və təhsil üzrə mütəxəssisləri, alimləri, yazıçıları, tərcüməçiləri, tanınmış ictimai xadimləri iştirak ediblər.

Ölkəmizi sözügedən tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov təmsil edib. O, konfrans iştirakçılarını müəssisənin arxivüşünaslıq, əlyazmaşünaslıq, bərpaşünaslıq və kitabşünaslıq fəaliyyətləri ilə tanış edib, 70 yaşını qeyd edən Əlyazmalar İnstitutunun tərcümə və transliterasiya sahəsində əldə etdiyi nailiyyətlərdən və bu istiqamətdəki linqvistik problemlərdən danışıb.

Konfransın proqramı ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: