Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəyli: "Azərbaycan Prezidentinin siyasəti qalib gələcək"
28.09.2020 10:41
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli: "Azərbaycan Prezidentinin siyasəti qalib gələcək"

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsində ermənilərin təxribatı nəticəsində yaranmış vəziyyətlə əlaqədar müraciəti müstəqil dövlətimizin və xalqımızın haqq sözünün ifadəsidir.

Bu sözləri AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Akademik söyləyib ki, qəhrəman Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir: “Arzu edirik ki bu, Azərbaycan xalqını böyük qələbəyə çatdıran son döyüş olsun. İndiki məsuliyyətli günlərdə ölkəmizin Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında möhkəm surətdə birləşmək, qəhrəman ordumuza hərtərəfli dəstək vermək müqəddəs borcumuzdur. Xalqımız ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcəkdir. Nida işarəsi”.

"AzərTac"

  • Paylaş: