Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Əlyazmalar Fondunda elmi-praktik seminar keçirilib
25.09.2020 14:21
  • A-
  • A
  • A+

Əlyazmalar Fondunda elmi-praktik seminar keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “2020-ci ildə Əlyazmalar Fonduna daxil olan yeni əlyazma və çap kitablarının qeydiyyatına dair” mövzusunda elmi-praktik seminar keçirilib.

Tədbiri fondun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov açaraq bu elmi quruma cari ildə 60 qədim əlyazma və çap kitabının daxil olduğunu bildirib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hədiyyə edilən əlyazma və çap kitablarının içərisində dəyərli nümunələr var.

Diqqətə çatdırılıb ki, “Ənvari-şühəda”, “Zinətül-məcalis”, “Əhsənul-qisəs”, “Qurban bayramı”, “Kitabi-əl bəyan”, “Coğrafiya”, “Dünyanı sarsıdan on gün”, “Nəbatat” adlı əlyazma və çap kitabları bu qəbildəndir. Fərman Xəlilov vurğulayıb ki, həmin əlyazma və çap kitabları üzərində gələcəkdə araşdırmaların aparılması nəzərdə tutulub.

Daha sonra fondun şöbə müdirləri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovFəxrəddin Eylazov və elmi işçi Kübra Vəliyeva çıxış edərək yeni əlyazma və çap kitablarının qeydə alınması, onlara gigiyenik xidmətin göstərilməsi, naqis kitabların bərpa olunması, ilkin elmi rəylərin yazılması, kataloqlaşdırılması ilə bağlı ətraflı məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: