Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və mərkəzin şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımovanın Rusiya Elmlər Akademiyası Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətinin “Российский сейсмологический журнал” elmi dərgisində birgə həmmüəlliflikləri ilə “Первые результаты оценки глубины поверхности Мохо методом обменных Ps-волн для Азербайджанской части Большого Кавказа” məqaləsi çap edilib.
Məqalədə “Qafqaz kəsilişi” layihəsi çərçivəsində Böyük Qafqazın Azərbaycan hissəsində Yer səthi ilə Moxoroviçiç sərhədinin müəyyən edilməsi ilə bağlı tətbiq edilən yeni metodlar əsasında alınmış nəticələrdən bəhs olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.