Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyində “Tövrat”ın qədim nüsxəsi qorunur
23.09.2020 10:11
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “Tövrat”ın qədim nüsxəsi qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında yəhudiliyin tarix və mədəniyyətinə aid kitablar, fotoneqativlər qorunur.

Muzeyin Sənədli mənbələr fondunda yəhudiliyin müqəddəs kitabı olan “Tövrat”ın 1852-ci ilə aid nüsxəsi də mühafizə olunur.

Həmçinin muzeyin kitabxanasında yəhudi tarixinə aid nadir kitablar, Etnoqrafiya fondunda XX əsrin əvvəllərinə aid yəhudi milli geyimləri, Neqativ fondunda Azərbaycan yəhudilərini və yəhudi məişətini əks etdirən fotoneqativlər saxlanılır.

Bu materiallar yəhudiliyin tarixinin öyrənilməsində əhəmiyyətli mənbələrdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: