Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Abşeronda floribunda qrupu qızılgüllərinə həsr olunan kitab işıq üzü görüb
21.09.2020 15:53
  • A-
  • A
  • A+

Abşeronda floribunda qrupu qızılgüllərinə həsr olunan kitab işıq üzü görüb

AMEA-nın Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ofeliya Qafarovanın müəllifi olduğu "Abşeronda floribunda qrupu qızılgüllərin introduksiyası, seleksiyası və onların bioloji xüsusiyyətləri" kitabı nəşr edilib.

Kitabda Rosa L. cinsinin floribunda bağ qrupu qızılgüllərinin Abşeron şəraitində introduksiyası, seleksiyası və onların biomorfoloji xüsusiyyətlərinin öyrənilməsinə dair çoxillik tədqiqat işlərinin nəticələri təqdim olunur.

Mərkəzi Nəbatat Bağında floribunda qızılgüllərinə aid 131 sortun kolleksiya genofondu yaradılıb, introduksiya zamanı onların adaptasiya potensialı qiymətləndirilib.

Rus dilində tərtib olunmuş kitab botaniklər, elmi işçilər, doktorantlar, tələbələr, məktəblilər və ümumi oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: