Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gənc alim beynəlxalq vebinarda iştirak edib
18.09.2020 16:57
  • A-
  • A
  • A+

Gənc alim beynəlxalq vebinarda iştirak edib

Bioetika üzrə Oman Milli Komissiyası, YUNESKO və Sultan Qaboos Universitetinin birgə təşkilatçılığı ilə “COVID-19 peyvəndi: Həll və ya Problem? COVID-19 peyvəndinin hazırlanması, paylanılması və tətbiqində etik müzakirələr” mövzusunda beynəlxalq vebinar keçirilib.

Tədbirdə ölkəmizi AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Milli Bioetika Komitəsinin elmi katibi, b.ü.f.d. Gülnarə Balakişiyeva təmsil edib.

Vebinarda COVID-19 əleyhinə vaksinlərin hazırlanması, əldə olunmuş vaksinlərin sınaqdan keçirilməsinin etik aspektləri, bu istiqamətdə beynəlxalq təşkilatların rolu, hazırlanmış vaksinlərin paylanmasında öncəliyin kimlərə verilməsinin etik qaydalarının müəyyən edilməsi, vaksinlərin tətbiq edilməsinin beynəlxalq səviyyədə etik və qanuni tənzimlənməsi məsələlərinə dair məruzələr dinlənilib. Müzakirələr panelində məruzəçilər vaksinin hazırlanması, paylanması, tətbiqi zamanı yarana biləcək etik poblemlər və onların həll yolları ilə bağlı verilmiş sualları cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: