Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Bu, mənim Vətənimdir!” fotomüsabiqənin qalibləri mükafatlandırılıb
18.09.2020 12:16
  • A-
  • A
  • A+

“Bu, mənim Vətənimdir!” fotomüsabiqənin qalibləri mükafatlandırılıb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Bu, mənim Vətənimdir!” adlı fotomüsabiqənin qalibləri mükafatlandırılıb.

Tədbir karantin qaydaları nəzərə alınaraq, iştirakçıların sayı 10 nəfəri ötmədən keçirilib.

Qaliblərə mükafatlar Milli Azərbaycan Tarixi Muzeyi, “İrs” jurnalı və Azərbaycan Fotoqrafları Birliyi rəhbərliyinin iştirakı ilə təqdim olunub.

Müsabiqədə hər nominasiyada ilk beşlikdə yer tutan fotolar “IRS” və “Azerbaijan Airlines” jurnallarında, həmçinin “IRS Publishing House” nəşriyyat evinin “Irs-Heritage-Nasledie” seriyası üzrə çap edilən kitablarında dərc edilib.

Münsiflər heyətinin rəhbəri Rusiya Beynəlxalq Peşəkar Fotoqraflar Gildiyasının vitse-prezidenti Sergey Kivrindir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: