Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Yaqub Mahmudov "ATV Xəbər"ə tarixi həqiqətlərdən danışıb
17.09.2020 14:49
  • A-
  • A
  • A+

Akademik Yaqub Mahmudov "ATV Xəbər"ə tarixi həqiqətlərdən danışıb

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "ATV Xəbər"ə açıqlama verib.

Akademik 7-ci sinif Azərbaycan tarixi dərsliyində qeyd olunan Arsak adı ilə bağlı həqiqətləri təqdim edib. Bildirib ki, dərslikdə Arsak (Ərsak) yazılıb.

Nəşrdə Arsakın (Ərsak) izahı da verilib: "Maraqlıdır ki, Qafqazda ilk xristian məbədi Qarabağda – qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda (Arsak) yaradılmışdır. Hazırda xristian məbədlərimiz erməni işğalı altındadır. Ermənilər bu məbədlərin üzərindəki kitabələri saxtalaşdırıb dünyaya erməni abidəsi kimi təqdim edirlər. Ərsak – erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi sak ərinin – igidinin adı ilə bağlı belə adlanırdı. Erməni işğalçıları qədim Azərbaycan torpağı olan Qarabağın dağlıq ərazilərinə sahib çıxmaq üçün Ərsak adını saxtalaşdırıb".

Müsahibənin tam variantını buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: