Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MBBİ-də magistrantların payız semestri üzrə ilk dərslərinə başlanılıb
16.09.2020 14:01
  • A-
  • A
  • A+

MBBİ-də magistrantların payız semestri üzrə ilk dərslərinə başlanılıb

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) təhsil alan II kurs magistrantların 2020/2021-ci tədris ilinin payız semestri üzrə ilk dərslərinə başlanılıb.

Yeni tədris ilinin ilk günündə “Molekulyar fitopatologiya”, “Biomolekulyar spektroskopiya”, “Bitkilərin hüceyrə mühəndisliyi”, “Ətraf mühit biotexnologiyası”, “Prokariotların  molekulyar biotexnologiyası”, “Müasir biokimya” və “Bioloji proseslərin fiziki-kimyası” fənləri üzrə dərslər mövcud qaydalara əməl edilməklə onlayn platformalar üzərindən distant şəkildə keçirilib.

Qeyd edək ki, hazırda müəssisənin II kurs magistraturasında “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə 2 və “Nanobiotexnologiya” ixtisası üzrə 1 nəfər magistrant təhsil alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: