Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların elmi fəaliyyəti müzakirə olunub
16.09.2020 11:56
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların elmi fəaliyyəti müzakirə olunub

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclasında müzakirə olunan məsələlərdən biri də müəssisənin doktorant və dissertantlarının elmi fəaliyyətinə həsr edilib.

Tədbirdə doktorant və dissertantlar çıxış edərək apardıqları tədqiqatlar, çap olunan tezis, konfrans materialı və məqalələr, eləcə də elmi rəhbərləri tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, xüsusi karantin rejimi ilə əlaqədar olaraq doktorant və dissertantlar elmi rəhbərləri ilə onlayn formada mütəmadi olaraq əlaqə yaradaraq dissertasiya işlərinə dair müzakirələr aparır.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxışlara dair münasibətini bildirərək hər bir tədqiqatçının elmi fəaliyyəti və attestasiya nəticələrinin təhlili, monitorinqin aparılması və hesabatların hazırlanması, onların elmi fəaliyyətinin koordinasiya edilməsi və səmərəliliyinin artırılması üçün tövsiyələr verib.

Akademik, həmçinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İnformasiya Texnologiyaları İnstitutuna doktorluq şurasının verildiyini diqqətə çatdırıb. Bildirib ki, artıq institutun nəzdində bir neçə ixtisas üzrə elmlər doktorlarının müdafiəsi keçirilə bilər. Alim bu münasibətlə institutun kollektivini təbrik edib. R.Əliquliyev qeyd edib ki, bu, bizim instituta cəlb olunmuş həmkar alimlərimizə yüksək qiymət verildiyini göstərir.  Eyni zamanda hər birimizin məsuliyyətini daha da artırır. Akademik Ali Attestasiya Komissiyasının rəhbərliyinə, şəxsən Famil Mustafayevə instituta göstərdiyi etimada görə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: