Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
14.09.2020 17:29
  • A-
  • A
  • A+

“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək

24 oktyabr 2020-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə dahi dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 138 illiyinə həsr edilən “Hüseyn Cavid əbədiyyəti” mövzusunda onlayn respublika elmi konfransı keçiriləcək.

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 20 oktyabr 2020-ci il tarixinədək məruzələrinin tam mətnlərini h.cavid.konfrans@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

- Kağızın formatı A4, Word redaktorunda;

- Məruzənin başlığı Times New Roman, 14 Pt, tünd şriftlə, ortada olmalıdır;

- Müəllifin adı, soyadı, elmi dərəcəsi və elmi adı (əgər varsa), işlədiyi (oxuduğu) müəssisənin adı (açıq şəkildə), elektron ünvanı, Times New Roman, 12 Pt, adi şriftlə, sağ kənardan yazılmalıdır;

- Məruzənin mətni Times New Roman 12 Pt ilə yığılmalıdır;

- Sətirlərarası interval 1,5;

- İstinadlar avtomatik göstərilməli, ədəbiyyat siyahısı səhifənin sonunda (şrift - Times New Roman 12) verilməlidir;

- Məruzənin sonunda 2-4 cümlə ingilis dilində xülasə verilir. Xülasədən öncə ingiliscə sağ küncdən müəllifin adı və soyadı, mərkəzdən məruzənin başlığı tünd şriftlə göstərilməlidir;

- Məruzənin ümumi həcmi 5 səhifədən çox olmamalıdır.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26.

Tel.: (+994 12) 492 06 57

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: