Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq tədbirdə məruzə edib
09.09.2020 16:17
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq tədbirdə məruzə edib

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun elmi işçisi Kübra Vəliyeva Türkiyə Cümhuriyyətinin Bandırma Onyedi Eylül Universitetində Trakya Universitetlər Birliyinin təşkilatçılığı ilə onlayn keçirilən II beynəlxalq Filoloji Tədqiqatlar Konqresində iştirak edib.

Üç gün davam edən tədbirdə K.Vəliyeva “Azərbaycan və ərəb dillərində ürək-damar sistemi tibbi terminlərinin leksik-semantik xüsusiyyətləri” mövzusunda məruzə edib. O, çıxışında azərbaycanlı və ərəb tibb xadimlərinin dünya elminə verdikləri töhfələr, ürək-damar sistemi ilə əlaqəli latın, yunan mənşəli terminlərlə yanaşı, hər iki dilin milli tibbi terminləri, onların leksik, semantik və morfoloji xüsusiyyətləri haqqında məlumat verib.

Kübra Vəliyevanın çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: