Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Milli Transliterasiya Sisteminin təqdimatı keçiriləcək
09.09.2020 16:09
  • A-
  • A
  • A+

Milli Transliterasiya Sisteminin təqdimatı keçiriləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda Azərbaycan Milli Elmlər Akademiyasına aidiyyəti üzrə dövlət təşkilatları ilə birgə milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanması həvalə edilib.

Ölkə Prezidentinin qeyd olunan sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Şərqşünaslıq İnstitutu, Bakı Dövlət, Bakı Slavyan və Azərbaycan Dillər universitetlərinin mütəxəssisləri ilə birgə ingilis, fransız, italyan, alman, rus, fars və digər dillərin əlifbaları arasında transliterasiya cədvəlləri tərtib edilib. Həmin cədvəllər əsasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən “Transliterasiya” veb-portalı hazırlanıb.

Sentyabr ayının 18-də, saat 11:00-da AMEA-nın Humanitar Elmlər, eləcə də Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin birgə təşkilatçılığı ilə Milli Transliterasiya Sisteminin təqdimatı keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: