Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutunun əməkdaşları Buzovna qəsəbəsində tədqiqatlar aparıblar
31.08.2020 11:35
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları Buzovna qəsəbəsində tədqiqatlar aparıblar

AMEA-nın Dendrologiya İnstitutunun Bitki ekologiyası laboratoriyasının əməkdaşları Xəzər rayonunun Buzovna qəsəbəsində salınmış yaşıllıq ərazilərində yeni introduksiya olunmuş bitkilər üzərində tədqiqat işləri aparıblar.

Bundan əlavə, rayonun şoranlaşmış və təkrar şoranlaşmış torpaqlarına yeni introduksiya olunmuş ekzotik ağac və kol bitkilərinin uyğunlaşma mexanizmi araşdırılıb, bitkilərin davamlılıq dərəcəsi qruplaşdırılıb və təsərrüfat əhəmiyyəti müəyyənləşdirilib.

Tədqiqat prosesində ekoloji, fizioloji və biokimyəvi analizlər üçün nümunələr götürülüb.

Əməkdaşlar müasir avadanlıqlar vasitəsilə həm çöl şəraitində fenoloji müşahidələr, həm də laboratoriya şəraitində fizioloji və biokimyəvi analizlər aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: