Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

30.07.2020 17:59
  • A-
  • A
  • A+

AMEA və Fransanın Monpelye Universiteti arasında müştərək doktorantura proqramı uğurla həyata keçirilir

AMEA və Fransanın Monpelye Universiteti arasında müştərək doktorantura proqramı uğurla həyata keçirilir

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin AMEA və Fransanın Monpelye Universiteti (MU) arasında imzalanmış əməkdaşlıq sazişi əsasında 2018-2021-ci və 2019-2022-ci tədris illəri üzrə müştərək doktorantura proqramına qəbul edilmiş və təhsillərini hazırda MU-da davam etdirən doktorantlar və onların Azərbaycan tərəfindən elmi rəhbərləri ilə onlayn formatda görüşü keçirilib.

Əvvəlcə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirakçıları tədbirin proqramı ilə tanış edib, doktorantlar və onların elm sahələri barədə məlumat verib.

Daha sonra Genetik Ehtiyatlar İnstitutunun doktorantı Səbinə Fərhadova və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Fidan Hüseynova 2018-ci ildən, Biofizika İnstitutunun doktorantı Zərifə Osmanlı 2019-cu ildən, Fizika İnstitutunun doktorantı Səid Paşayev isə 2020-ci ilin mart ayından MU-da apardıqları tədqiqatlar, bu müddət ərzində əldə edilən nailiyyətlər və qarşılaşdıqları problemlərlə bağlı məlumat veriblər.

Görüşdə Azərbaycan tərəfindən elmi rəhbərlər  - Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, tibb üzrə fəlsəfə doktoru Orxan İsayev, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Biofizika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov və Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Rasim Cabbarov doktorantlar tərəfindən aparılan tədqiqat mövzularının aktuallığı və əhəmiyyətindən, əldə edilən nəticələrdən, tədqiqat işinin daha səmərəli həyata keçirilməsi məqsədilə MU tərəfindən həmrəhbərlərlə mütəmadi olaraq aparlılan müzakirələrdən bəhs ediblər.

Tədbirdə, həmçinin bu istiqamətdə tədqiqatların Azərbaycanda davam etdirilməsi üçün lazımi şəraitin yaradılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, MU-da təhsil müddətində doktorantlarla mütəmadi görüşlərin, elmi tədqiqatların nəticələri ilə bağlı seminarların təşkil edilməsi təklif edilib.

Qeyd edək ki, əməkdaşlıq sazişinə əsasən, müştərək doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görülmək hüququ qazanırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: