www.science.az
30.07.2020 10:38

İqtisadçı alim beynəlxalq elmi jurnalın redaksiya heyətinə üzv seçilib

İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev “Acta Scientific Computer Sciences” beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.

Azərbaycanlı alimə elmi məqalələrini də bu jurnalda dərc etdirmək təklif olunub.

Xatırladaq ki, professor Akif Musayev digər beynəlxalq statuslu elmi jurnallarla da əməkdaşlıq edir. O, pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq aktiv şəkildə onlayn elmi konfranslara qatılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.