AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə “Azərkosmos" ASC-nin nümayəndələri arasında onlayn görüş keçirilib.
Görüşdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, aparıcı elmi işçi Sahib Şükürov, “Azərkosmos" ASC-nin əməkdaşları Nail Mərdanov və Mehman Rzayev iştirak ediblər.
Onlayn görüş zamanı iki qurum arasında əməkdaşlıq imkanları, Azərbaycan ərazisində kosmik şəkillər əsasında səhralaşma prosesinin öyrənilməsi məsələləri müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.