Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Axşam görüşləri” verilişində Xalq artisti Amaliya Pənahovanın yaradıcılığından bəhs olunacaq
06.07.2020 13:59
  • A-
  • A
  • A+

“Axşam görüşləri” verilişində Xalq artisti Amaliya Pənahovanın yaradıcılığından bəhs olunacaq

İyulun 7-də saat 23:00-da Azərbaycan Radiosunda, FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi unudulmaz sənətkar, Xalq artisti Amaliya Pənahovaya həsr ediləcək.

Verilişin aparıcısı AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur. 

Proqramda görkəmli sənətkarın həmkarı, Xalq artisti Elxan Qasımovla birgə Amaliya Pənahovanın həyat və yaradıcılığından, onun milli kinomuzun və teatr sənətimizin inkişafındakı xidmətlərindən danışılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: