Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Jurnalların veb-saytlarına qoyulan tələblər tədqiq olunub
23.06.2020 10:33
  • A-
  • A
  • A+

Jurnalların veb-saytlarına qoyulan tələblər tədqiq olunub

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda jurnalların veb-saytlarına qoyulan tələblərə dair tədqiqatlar aparılır. Bu barədə məlumat verən institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova  müasir tələblərə uyğun veb-saytlarının yaradılması məsələlərindən bəhs edib.

O, Azərbaycanda elmi təşkilatların saytlarının qiymətləndirilməsinə dair bir sıra təklifləri diqqətə çatdırıb. Bildirib ki, istənilən elmi təşkilat, ali məktəblərin veb-resursuna vahid mənbədən daxil olmaq imkanı, struktur paralelliyini gözləmək, beynəlxalq domen adlarının alınmasını, eləcə də məzun və mükafatçılar altbölməsinin fəaliyyətini təmin etmək qiymətləndirmənin əsas meyarlarındandır: “Mühüm nəticələrə, bütün elmi işçilərin əsərlərinə, elmi əsərlərə istinadlar, eləcə də saytın ana səhifəsində işlərin məzmununun əks etdirilməsi onun vizuallıq göstəricilərindəndir”.

R.Həsənovanın sözlərinə görə, nəşriyyatın adı, nəşriyyatla əlaqə, rəy, resenziya, redaksiya heyətinin üzvləri və onların veb-saytları, nəşrlərin dövriliyinin gözlənilməsi, eləcə də saytın altsəhifələrinin mövcudluğu və aktivliyi, məlumatların qrammatik və orfoqrafik baxımdan düzgün olması elmi jurnalların veb saytlarına qoyulan tələblər sırasına daxildir.

O, əlavə edib ki, elmi jurnal və sosial şəbəkələr, ən son dərc olunmuş məqalələrə istinad, vahid baza və elmi jurnalların siyahısı, şəkillər, rəy tarixçəsinin izlənilməsi isə saytın vizual qiymətləndirilməsində əsas faktorlardan hesab olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: