Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Folklor İnstitutunun aztəminatlı əməkdaşlarına ərzaq yardımı paylanılıb
23.06.2020 10:26
  • A-
  • A
  • A+

Folklor İnstitutunun aztəminatlı əməkdaşlarına ərzaq yardımı paylanılıb

AMEA-nın Folklor İnstitutunun Həmkarlar Təşkilatı ölkə Prezidenti İlham Əliyevin xalqa müraciət və çağırışlarına dəstək verərək koronavirus pandemiyası dövründə institut əməkdaşları arasında maarifləndirmə işlərinin aparılması, müəssisənin aztəminatlı ailələrinə maddi yardım və ərzaq sovqatlarının paylanılması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.

Qurumun Həmkarlar Təşkilatı növbəti tədbirini AMEA-nın Azad Həmkarlar İttifaqının dəstəyi ilə gerçəkləşdirib. Belə ki, institutun Həmkarlar Təşkilatının sədri, fil.ü.f.d., dosent Tahir Orucov və ümumi işlər üzrə direktor müavini Abuzər Gülməmmədovun iştirakı ilə institutun 140-dan çox əməkdaşına ərzaq yardımı göstərilib.

İnstitutun Həmkarlar Təşkilatı tərəfindən gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: