Koronavirus (COVID-19) infeksiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda növbəti dezinfeksiya işləri aparılıb. Elmi müəssisənin iş otaqları, laboratoriya və saxlancları dezinfeksiya olunub.
Qeyd edək ki, institutda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi riayət olunur. Müəssisənin kollektivi sosial məsafəyə diqqət yetirir, qoruyucu tibbi maska və dezinfeksiya vasitələrindən istifadə edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.