Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Respublika Seysmoloji Xidmət Mərkəzində növbəti dəfə dezinfeksiya işləri aparılıb
22.06.2020 10:29
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzində növbəti dəfə dezinfeksiya işləri aparılıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 virusuna qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə iş yerlərində əməkdaşlar arasında sosial məsafənin qorunması və otaqların mütəmadi olaraq dezinfeksiya edilməsi ilə bağlı tələb və qaydalarına uyğun olaraq, iyunun 19-da AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində növbəti dəfə dezinfeksiya işləri aparılıb.

Qurumun əməkdaşlarının çalışdığı iş otaqları, eləcə də laboratoriyalar yenidən dezinfeksiya olunub. Həmçinin mərkəz rəhbərliyinin göstərişi əsasında əməkdaşlara qoruyucu maskalar paylanılıb. Bütün iş otaqları maska, spirt və digər qoruyucu vasitələrlə təmin olunub.

Bundan başqa, mərkəzin İnformasiya şöbəsi tərəfindən əməkdaşlar arasında mütəmadi olaraq dünyada və ölkəmizdə pandemiyanın hazırkı səviyyəsi, virusun insan sağlamlığına və həyatına yaratdığı təhlükə, ciddi karantin rejiminin qayda və tələblərinə əməl olunması ilə bağlı maarifləndirmə işləri aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: