Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hüseyn Həşimlinin xatirəsinə
20.06.2020 17:19
  • A-
  • A
  • A+

Hüseyn Həşimlinin xatirəsinə

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimlinin qəfil ölümü haqqında xəbəri eşitmək mənim üçün çox gözlənilməz və ağır oldu.

Hüseyn Həşimli ölkə miqyasında qəbul edilən mükəmməl ədəbiyyatşünas alim, bütöv və parlaq şəxsiyyət idi. Ali məktəbə qəbul olduğu ilk gündən ta bu günə qədərki işıqlı və zəhmətkeş həyatı ilə o, ölkəmizin dövlətçilik ideallarına və böyük ədəbiyyatşünaslıq andına sədaqətlə xidmət etmişdir. Hüseyn Həşimlinin ədəbiyyat nəzəriyyəsinə və ədəbiyyat tarixinə dair çap etdirdiyi əsərlər fundamental elmi tədqiqatlardır. O, ədəbiyyatın, elmin və ictimai fikrin mövcud vəziyyətini dərindən dərk edən, sabahını da aydın şəkildə görə bilən və qiymətləndirən mükəmməl bir Azərbaycan ziyalısı idi. Onun timsalında mükəmməl alim olmaqla bənzərsiz müəllim olmaq bir-birini tamamlayırdı. Biz Hüseyn Həşimlinin simasında görkəmli bir elm adamını, böyük bir müəllimi və etibarlı bir dostu itirdik.

Xatirəsi qəlbimizdə dərindir və əbədi yaşayacaqdır.

Eşitdim, sarsıldım və...

Ailə üzvlərinə, yaxınlarına, ortaq dostlarımıza başsağlığı verirəm.

Allah rəhmət eləsin.

İsa Həbibbəyli AMEA-nın birinci vitse-prezidenti, akademik

  • Paylaş: