Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.06.2020 14:51
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun Saray qəsəbəsindəki təcrübə sahəsinə baxış keçirilib

Dendrologiya İnstitutunun Saray qəsəbəsindəki təcrübə sahəsinə baxış keçirilib

AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədri, akademik İradə Hüseynova, BTEB-in elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru Afiq Məmmədov və Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov bu müəssisənin Abşeron rayonu Saray qəsəbəsində fəaliyyət göstərən təcrübə sahəsində aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.

T.Məmmədov qonaqlara sahənin elmi potensialının gücləndirilməsi istiqamətində, eləcə də gələcəkdə həyata keçiriləcək işlər haqqında məlumat verib. Bildirib ki, burada əkilmiş 7 min ağac və kol, 8 min ədəd rozmarin bitkisinin əraziyə uyğun boy dinamikası və bitkilərin yerli şəraitə uyğunlaşma dərəcəsi təhlil edilib.

Qonaqlar təcrübə sahəsinin 4 hektarında aparılmış buğda əkininin vəziyyəti ilə tanış olub, əmələ gətirilmiş məhsulun itkisiz toplanılması üçün tədbirlər görülməsinin vacibliyini qeyd ediblər.

Səfər zamanı təcrübə sahəsindən daha səmərəli istifadə olunması ilə bağlı müzakirələr aparılıb, müvafiq göstərişlər verilib.

Daha sonra akademik İradə Hüseynova və onu müşaiyət edən şəxslər AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Saray dayaq məntəqəsinə gələrək, burada aparılan elmi-təcrübə işlərinin gedişatı və müxtəlif bitkilərin qiymətli kolleksiyaları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: