Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft və Qaz İnstitutunda magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib
19.06.2020 09:44
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunda “Geologiya", "Geologiya mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisasları üzrə magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib.

Akademik Əkbər Feyzullayevin sədrliyi ilə “Skype” platforması üzərindən keçirilən İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov da iştirak edib.

İclasda Pünhan Səmədlinin “Bakı arxipelaqının şimal hissəsinin palçıq vulkanlarının püskürmə məhsullarının geokimyəvi xüsusiyyətləri”, Nurlana Quliyevanın “Xızı sahəsində mezozoy hövzəsinin neft-qaz perspektivliyi”, Orxan Nəbizadənin “Deformasiya olunan layların neft veriminin artırılmasında üfuqi quyuların tətbiqi” və Elmin Məmmədovun “Qazkondensat yataqlarının işlənilməsini təmin edən texnologiyalar” mövzusunda dissertasiya işləri təqdim olunub.

Magistrantlar dissertasiya işlərini təqdim etdikdən sonra hər bir mövzu ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə şura üzvləri, həmçinin Ə.Sadıqov çıxış edərək təklif və tövsiyələrini bildirib.

Sonra açıq səsvermə keçirilib və dissertasiya işləri müvafiq meyarlar üzrə qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən 4 magistrantın hər birinə magistrlik elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: