Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.06.2020 14:38
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun magistrantları dissertasiya işlərini müdafiə ediblər

Neft və Qaz İnstitutunun magistrantları dissertasiya işlərini müdafiə ediblər

AMEA-nın Neft və Qaz İnstitutunda “Geofizika mühəndisliyi” üzrə ixtisaslaşdırılmış Müdafiə Şurasında 2 magistrantın dissertasiya işinin müdafiəsi keçirilib. 

Şurada "Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları" ixtisası üzrə təhsil alan Cəvahir Rəcəbli “Seysmik dalğa atributlarının interpretasiyası əsasında geoloji kəsilişin proqnozlaşdırılması” və "Dəniz neft-qaz geofizikası" ixtisası üzrə təhsil alan Gülnarə Əlizadə “Neft-qaz yataqlarının əmələ gəlməsində palçıq vulkanlarının rolu” mövzusunda dissertasiya işlərini təqdim ediblər.

Magistrantlar apardıqları tədqiqatlar barədə ətraflı məlumat verib, şura üzvlərinin suallarını cavablandırıblar.

Daha sonra açıq səsvermə keçirilib, müəyyən olunmuş meyarlara əsasən Cəvahir Rəcəblinin dissertasiya işi 94, Gülnarə Əlizadənin dissertasiya işi isə 92 balla qiymətləndirilib. 

Magistrantların hər birinə magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: