Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnformasiya Texnologiyaları İnstitutunun magistrantları dissertasiya işlərini uğurla müdafiə ediblər
16.06.2020 17:02
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun magistrantları dissertasiya işlərini uğurla müdafiə ediblər

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Müdafiə Şurasının onlayn iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Bildirib ki, AMEA prezidentinin 2020-ci il 21 may tarixli “AMEA-nın II kurs magistrantlarının dissertasiya müdafiəsinin təşkili haqqında” sərəncamına uyğun olaraq İnformasiya Texnologiyaları İnstitutunda 2019-2020-ci tədris ilində elmi tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantların magistrlik dissertasiyalarının müdafiəsi məqsədilə Müdafiə Şurası təşkil olunub. O, bugünkü iclasda "Kompüter sistemləri və şəbəkələri", "Kompüter mühəndisliyi" və "İnformasiya mühafizəsi və təhlükəsizliyi" ixtisaslaşmaları üzrə 4 magistrantın dissertasiya işinin müdafiə olunacağını diqqətə çatdırıb.

Sonra institutun magistrantları dissertasiya işlərini təqdim ediblər və hər bir dissertasiya mövzusu ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

Açıq səsvermə keçirilib, müəyyən olunmuş meyarlara əsasən müdafiə olunan dissertasiya işləri qiymətləndirilib. Magistrantların hər birinə magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

Sonda çıxış edən akademik Rasim Əliquliyev gənclərin elmə olan marağını təqdirəlayiq hal kimi qiymətləndirərək, onlara bu fəaliyyəti davam etdirməyi, riyazi bilikləri daha da dərinləşdirməyi və institutun elmi potensialından yararlanmağı tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: