Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Dendrologiya İnstitutunda koronavirusun müalicəsində istifadə olunan bitkilər yetişdirilir
11.06.2020 11:28
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda koronavirusun müalicəsində istifadə olunan bitkilər yetişdirilir

“ARB 24” televiziya kanalının “Xəbərlər” buraxılışında koronavirusun müalicəsində tətbiq olunan immungücləndirici dərmanların hazırlanmasında istifadə edilən bitkilərin Azərbaycanda yetişdirilməsinə dair sujet təqdim olunub.

AMEA-nın Dendrologiya İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlar barədə məlumat verən institutun doktorantı Vüsalə Bədəlova 2018-ci ildən bu sahədə araşdırmaların aparıldığını, müsbət nəticələrin əldə olunduğunu vurğulayıb. O, institutda donuz qripi, Ebola, ispan qripi, koronavirus kimi yoluxucu-infeksiyon mənşəli xəstəliklərin müalicəsində immuniteti gücləndirmək üçün istifadə olunan əsəb, yorğunluq, narahatlıq hallarında yuxusuzluğun aradan qaldırılmasına müsbət təsir göstərən sedativ (sakitləşdirici) təsirə malik bəzi bitki növlərinin yetişdirildiyini bildirib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov ən güclü sakitləşdirici təsirə malik bitkilərdən olan Ginko biloba, lavanda, Passiflora İncarnata L-in rəhbərlik etdiyi qurumda mövcud olduğunu söyləyib. Qeyd edib ki, 12.5 hektar ərazisi olan institut tərəfindən passifloranın 6 növü, eləcə də yüzlərlə ağac növü, 600 növ mədəni bitki, 700-ə yaxın dekorativ bitki yetişdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: